Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində korrupsiyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib

03.12.2025

03.12.2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi, Ağcabədi şəhər Uşaq Musiqi Məktəbinin təşkilatçılığı və Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşının iştirakı ilə muğam mərkəzində “Korrupsiya nədir və mübarizə tədbirləri!” mövzusunda maarifləndirici tədbir keçirimişdir. Tədbirin əsas məqsədi iştirakçılara korrupsiyanın anlayışı, yaranma səbəbləri və cəmiyyətə vurduğu zərərlər barədə ətraflı məlumat vermək, eyni zamanda korrupsiyanın qarşısının alınması üçün mövcud olan hüquqi, institusional və ictimai mübarizə tədbirlərini izah etmək olmuşdur. Tədbir cəmiyyətdə dürüstlük, şəffaflıq və məsuliyyətli vətəndaş mövqeyinin formalaşmasına xidmət etmişdir. Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılmış və slayd (videoçarx) təqdim olunmuşdur.    

 

381.9 KB

 

645.5 KB

 

686.9 KB

 

192.4 KB