18.04.2025
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günü keçirilir.
18 aprel 2025-ci il tarixində Açıq qapı günü çərçivəsində Ağdam rayon Bənövşələr kənd tam orta məktəbinin müəllim və şagirdlərinin Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib. Ekskursiya zamanı qonaqlar Ulu Öndər Heydər Əliyevin həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkilləri və siyasi fəaliyyəti ilə yaxından tanış ediliblər.
Daha sonra qonaqlarla dəyirmi masa ətrafında Ulu Öndərə həsr olunmuş mühazirə təşkil edilib.