10.03.2025
10 Mart 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi Rayon MKS-nin Mərkəzi Kitabxanasında “Uşaqları zərərli informasiyalardan qoruyaq” başlıqlı tədbir təşkil edilib.
Tədbirdə mövzu ilə əlaqədar çıxışlar edilərək uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya növləri haqqında danışılıb, uşaqların belə informasiyalardan qorunmaları və yaşlarına uyğun məlumatları əldə edə bilmələri istiqamətində atılan addımlar barədə məlumat verilib.