07.03.2025
07 mart 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə Rayon Heydər Əliyev Mərkəzində 8 Mart - Beynəlxaql Qadınlar Günü münasibətilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında dövlət qadın siyasəti” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mövzu ətrafında çıxışlar edilib.
Çıxışlar zamanı Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılmasının Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən biri olduğu bildirilib. Qeyd edilib ki, Heydər Əliyev qadın hərəkatına dərin səmimiyyətini, onların hüquqlarının həqiqi müdafiəçisi olmasını əyani olaraq 1998-ci il yanvarın 14-də respublikamızda “Qadın problemləri üzrə Dövlət Komitəsi”nin yaradılması və “Azərbaycan Respublikasında Dövlət Qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalamaqla sübut edib.