06.03.2025
06 Mart 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi Rayon MKS-nin Mərkəzi Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı, oxucuların iştirakı ilə “Xalq şairi Bəxtiyar Vahabzadə - 100” başlıqlı tədbir təşkil edilib.
Əvvəlcə şairin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mövzu ətrafında çıxışlar edilib. Çıxışlar zamanı şairin həyat və yaradıcılığından söhbət açılıb. Bildirilib ki, Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır.