Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam ayon Üçoğlan kənd kitabxanasında “Ürəkləri göynədən mənzərə” adlı tədbir keçirilib

26.02.2025

26 fevral 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon MKS-nin 19 saylı Üçoğlan kənd kitabxanasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş, “Ürəkləri göynədən mənzərə” adlı tədbir keçirilib.

 Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Sonra çıxışlar edilərək Xocalı faciəsi zamanı və tarix boyu xalqımıza qarşı ağlasığmaz qəddarlıqla törədilən dəhşətli soyqırımlardan danışılıb.

 Daha sonra Xocalı faciəsinə həsr olunmuş şeirlər, bayatılar səsləndirilib, faciəni əks etdirən səhnəciklər təqdim olunub.

#XocalıyaƏdalət#JusticeforKhojaly

 

87.3 KB

 

102.7 KB

 

33.4 KB

 

207.9 KB

 

192.1 KB

 

273.4 KB

 

153.9 KB

 

45.9 KB

 

205.4 KB

 

32.8 KB