Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Güllücə kənd mədəniyyət evində “Şanlı zəfər tarixi” adlı tədbir keçirilib

05.11.2024

05 noyabr 2024-cu il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Güllücə kənd Mədəniyyət evində 35 saylı Mərzili kənd kitabxanası ilə birgə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş, “Şanlı zəfər tarixi”  adlı tədbir keçirilib.
Əvvəlcə  Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü  uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxışlar edilərək 44 günlük Vətən müharibəsi və qazanılmış böyük qələbədən danışılıb.
Daha sonra Zəfər Gününə həsr olunmuş şeirlər söylənilib və kompozisiya nümayiş etdirilib. 
Sonda tədbir iştirakçıları mədəniyyət evində nümayiş etdirilən foto-stendlərlə tanış ediliblər.

 

105.4 KB

 

182 KB

 

97.2 KB

 

95.2 KB

 

100.5 KB

 

185.3 KB

 

91.6 KB

 

95.8 KB