Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bərdədə Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

18.09.2024

18 sentyabr 2024-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbində Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunmuş tədbir keçirilib.

 Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbirdə çıxış edənlər dahi bəstəkarın həyat və yaradıcılığı, zəngin irsi, Azərbaycan musiqi tarixində oynadığı rol, dünya musiqisinə gətirdiyi yeniliklər barədə danışıb. Bildirilib ki, müsəlman Şərqində klassik musiqi sənətinin bir çox yenilikləri məhz Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkar, eyni zamanda, Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli ziyalılardan biri olub. Ulu öndər Heydər Əliyev Üzeyir Hacıbəylinin yaradıcılığına həmişə yüksək qiymət verib, bəstəkarın zəngin irsinin öyrənilməsinə daim xüsusi diqqət göstərib.

 Sonda Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan “Arşın mal alan” filmi nümayiş olunub.

 

108.1 KB

 

149.5 KB

 

167.5 KB

 

37.2 KB

 

41.8 KB