Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Füzulidə Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

18.09.2024

18 sentyabr 2024-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli şəhər Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunmuş tədbir keçirilib.

 Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbirdə çıxış edənlər qeyd edib ki, Üzeyir Hacıbəyli təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Bir-birinin ardınca yazdığı opera və operettaları, marşları, kantataları, mahnı və romansları, kamera və xor üçün əsərləri ilə musiqi xəzinəmizi zənginləşdirib. Ulu Öndər Heydər Əliyevin hər zaman Üzeyir Hacıbəylinin şəxsiyyətini yüksək qiymətləndirdiyi diqqətə çatdırılaraq bildirilib ki, şanlı Zəfərdən sonra dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada dahi bəstəkarın heykəli yenidən ucaldılıb, əsərləri illər sonra doğma yurdunda səslənib.

 Sonda Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan “Arşın mal alan” filmi nümayiş olunub.

 

134.8 KB

 

163.5 KB

 

223.7 KB

 

92.5 KB

 

82 KB

 

212.9 KB