Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Mədəniyyət Mərkəzində “15 Aprel - Beynəlxalq Mədəniyyət Günüdür” adlı tədbir keçirilib

15.04.2024

15 aprel 2024-cü il tarixində Qarabağ Reğional Mədəniyyət İdarəsi Ağdam Rayon Mədəniyyət Mərkəzi, Quzanlı qəsəbə Mədəniyyət evi və Şıxbabalı kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “15 Aprel - Beynəlxalq Mədəniyyət Günüdür” adlı tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik-alim  Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin  əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra Qarabağ Regional Mədəniyyət İdarəsinin Ağdam rayon üzrə nümayəndəsi çıxış edərək mədəniyyət işçilərini Beynəlxalq Mədəniyyət Günü münasibətilə təbrik edib və Azərbaycan mədəniyyətinin tarixi haqqında məlumat verib.

Daha sonra rəqs nömrələri nümayiş etdirilib, şeirlər və musiqilər səsləndirilib.

Tədbirin sonunda Beynəlxalq Mədəniyyət Gününə həsr olunmuş videoçarx izlənilib.

 

 

82.3 KB

 

114.3 KB

 

96.6 KB

 

102.3 KB

 

84.6 KB

 

83.4 KB

 

64.3 KB

 

81.6 KB

 

102 KB