Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bərdə rayon Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti” adlı tədbir keçirilib

18.04.2024

18 aprel 2024-cü il tarixində 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik" ili elan olunması münasibətilə Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə Rayon Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mövzu ətrafında çıxışlar edilərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan təbiətinin qorunması sahəsində aparmış olduğu uğurlu siyasət, ölkənin zəngin təbiəti və onun dövlət  mühafizəsi  haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Ulu Öndərin siyasətinin davamı olaraq, 25 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Tədbirin sonunda “Sən elə bir zirvəsən” adlı, qısametrajlı film nümayiş etdirilib.

 

 

137.5 KB

 

114.8 KB

 

123.4 KB

 

122 KB

 

131 KB

 

139.5 KB

 

137.5 KB