Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Qiyaslı kənd uşaq musiqi məktəbində Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubleyi münasibətilə tədbir keçirilib

27.04.2024

27 aprel 2024-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Qiyaslı kənd uşaq musiqi məktəbində görkəmli Azərbaycan  bəstəkarı, Xalq  artisti   Süleyman Ələsgərovun  100 illik yubleyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə ölkəmizin  ərazi bütövlüyü uğrunda canlarını  fəda etmiş  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra tədbir iştirakçılarına Süleyman Ələsgərovun həyat və yaradıcılığı haqqında məlumat verilib, Süleyman Ələsgərova həsr edilmiş  videoçarx  nümayiş etdirilib. Daha sonra məktəbin şagirdləri Süleyman Ələsgərovun və digər yerli və   xarici bəstəkarların əsərlərini   ifa  ediblər.

Tədbirin sonunda  Bülbül adına orta ixtisas musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən, Süleyman Ələsgərovun 100 illik yubleyinə  həsr olunmuş Respublika  Müsabiqəsində fərqlənmiş şagirdlərə və onların müəllim və konsertmeysterlərinə fəxri fərmanlar təqdim edilib.

 

33.8 KB

 

41.5 KB

 

39.2 KB

 

32 KB

 

29.7 KB