Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə tədbir keçirilib

16.01.2024

16 yanvar 2024-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkillərlə tanış edilib.  Sonra tədbir dəyirmi masa arxasında davam etdirilib.

Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iştirakçılara Azərbaycan Respublikasında ətraf mühitin qorunması istiqamətində atılan addımlar haqqında məlumat verilib.

Tədbirin sonunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş film nümayiş etdirilib.

 

74.1 KB

 

108 KB

 

103.8 KB

 

106.9 KB

 

96.2 KB

 

76.1 KB

 

279.8 KB

 

264.4 KB