26.12.2023
26 dekabr 2023- cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Füzuli Rayon Mədəniyyət Evinin təşkilatçılığı ilə Horadiz Şəhər Muğam Mərkəzində Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,Türkiyə Anadolu Ozanlar Sanatçılar Birliyinin Qarabağ təmsilçisi, Gürcüstan Jurnalistlər Birliyinin üzvü ,14 kitab müəllifi, Füzuli sakini Raziyə Rzayevanın "Tarix yazan lider" adlı kitabının təqdimatı keçirilib.
Təqdimat zamanı yazıçı Raziyə Rzayevanın vətənpərvər ruhlu fəaliyyətindən danışılıb və ona Rayon Mədəniyyət Evi adından Təşəkkürnamə təqdim olunub. Sonra müəllifin kitablarından ibarət sərgiyə baxış keçirilib, şəhid ailələri və qazilərə kitablar hədiyyə edilib.