25.12.2023
25 dekabr 2023-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi Rayon MKS-nin Mərkəzi Kitabxanasının uşaq şöbəsinin əməkdaşları Ağcabədi rayon 8 saylı körpələr evi uşaq bağçasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə "Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək", "Xoş gəldin, Yeni il-2024" başlıqlı sərgi-tədbir təşkil ediblər.
Kitabxana əməkdaşları körpələrə Həmrəylik Günü ilə bağlı məlumat verib, onları maraqlı nağıl kitabları ilə tanış ediblər. Tədbir zamanı azyaşlılar tərəfindən Yeni ilə aid şeirlər səsləndirilib.