Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Boyat kənd uşaq musiqi məktəbi Zəfər Günü və Şuşa Şəhəri Günü münasibətilə tədbir keçirib

06.11.2023

6 noyabr 2023-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi Rayon MKS-nin Boyat və Muğanlı kənd kitabxana filialı, Boyat kənd  Xalq Yaradıcılıq evi, Boyat kənd uşaq musiqi məktəbi əməkdaşlarının birgə təşkilatçılığı ilə Zəfər Günü və Şuşa Şəhəri Günü münasibətilə  tədbir təşkil edilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edənlər bildiriblər ki, cəmi 44 gün çəkən Vətən müharibəsinin sonu 30 il ərzində əldə oluna bilməyən qələbə ilə başa çatıb. Azərbaycan Ordusu bu zaman ərzində ölkəmizin işğal olunmuş  torpaqlarını geri qaytarıb və dünyaya özlərindən sonra misli görünməmiş qəhrəmanlıq salnaməsi buraxıb.