Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon 19 saylı Üçoğlan kənd kitabxanasında 8 Noyabr ̶ Zəfər Günü münasibətilə ”Şanlı zəfər tariximiz” adlı tədbir keçirilib

07.11.2023

07 noyabr 2023-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon MKS-nin 19 saylı Üçoğlan kənd kitabxanasında 8 Noyabr  ̶  Zəfər Günü münasibətilə "Şanlı zəfər tariximiz" adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbirdə Bəxtiyar Musayev adına Üçoğlan kənd tam orta məktəbin şagirdləri Zəfər Gününə həsr edilmiş şeirlər söyləyib, mahnılar oxuyub və rəqs ediblər. Tədbirin sonunda şagirdlərin Zəfər Gününə həsr etdikləri rəsmlər nümayiş etdirilib.

 

136.4 KB

 

79.5 KB

 

57.6 KB

 

114.9 KB

 

147.9 KB

 

55.1 KB