Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində ”Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib

25.08.2023

25 avqust 2023-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində qəhrəman Rahib Məmmədovun mövlud günü münasibətilə "Qəhrəmanlar unudulmur" adlı anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra qəhrəman Rahib Məmmədovun Gürcüstan Respublikasının Xobi rayonu Çaladidi kəndində göstərdiyi qəhrəmanlıq haqqında ətraflı məlumat verilib.Daha sonra iştirakçılar muzeylə yaxından tanış ediliblər.

 

142.2 KB

 

3.5 MB

 

3.3 MB

 

3.3 MB

 

834.8 KB

 

543.7 KB

 

792.5 KB

 

752.9 KB

 

705.4 KB

 

755.6 KB

 

1.2 MB