Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon 29 saylı Quzanlı qəsəbə kitabxanası Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş tədbir keçirib

17.08.2023

17 avqust 2023-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzi Quzanlı qəsəbə Mədəniyyət evində MKS-nin 29 saylı Quzanlı qəsəbə kitabxanası tərəfindən  Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş tədbir keçirilib.

         Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Bəxtiyar Vahabzadəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

         Çıxışlar zamanı Xalq şairi Bəxtiyar Vahabzadənin həyatı və yaradıcılığı haqqında məlumat verilərək, onun XX əsr Azərbaycan ədəbiyyatının  görkəmli nümayəndələrindən biri olduğu bildirilib.

         Tədbir zamanı mədəniyyət işçiləri və kitabxananın gənc oxucuları  tərəfindən şairin müəllifi olduğu şeirlər səsləndirilib.

 

 

160.6 KB

 

118.8 KB

 

123.4 KB

 

181.7 KB

 

177.3 KB

 

112.2 KB

 

181 KB

 

241.1 KB

 

107.8 KB

 

176 KB

 

189.2 KB

 

160.3 KB

 

228.6 KB

 

167.1 KB

 

1 MB