Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Respublikasının mədəniyyət naziri Cənab Adil Kərimli tərəfindən 2023-cü il 23 avqust tarixində vətəndaşların qəbulu keçiriləcək

10.08.2023

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 23 avqust tarixində saat 10:00-da Tovuz rayonu Nizami adına Mədəniyyət Evində (Tovuz rayonu, Bəhram Əsgərov küçəsi 3) Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 16 avqust 2023-cü il tarixinə qədər nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsi ilə və  “Whatsapp” xidmətinə  (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

#Azərbaycan #Tovuz #mədəniyyət #vətəndaşqəbulu #qəbul

 

46.8 KB