Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncam imzalayıb

31.07.2023

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında  Sərəncam imzalayıb.

Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:

26 avqust – Laçın şəhəri günü

4 oktyabr – Cəbrayıl şəhəri günü

17 oktyabr – Füzuli şəhəri günü

20 oktyabr – Zəngilan şəhəri günü

25 oktyabr – Qubadlı şəhəri günü

8 noyabr – Şuşa şəhəri günü

20 noyabr – Ağdam şəhəri günü

25 noyabr – Kəlbəcər şəhəri günü.

Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Ətraflı: http://bitly.ws/PEjy

#Azərbaycan #Laçın #Cəbrayıl #Füzuli #Zəngilan #Qubadlı #Şuşa #Ağdam #Kəlbəcər #mədəniyyət #sərəncam

 

81.2 KB