Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət Nazirliyi tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsinin nəticələri

21.07.2023

Mədəniyyət Nazirliyi tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsinin nəticələri

Nazirliyin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə 4-14 iyul 2023-cü il tarixlərində kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsində iştirak etmiş namizədlərin nəticələri bəlli olub.

Müsahibə mərhələsində iştirak etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vakant vəzifələrə qeydiyyatdan keçən 108 namizəddən 104-ü imtahanda iştirak etmiş, onlardan 30 nəfər tələb olunan keçid balını toplamış, 25 nəfər seçdikləri müvafiq vəzifələrə uyğun olaraq təyinatı ilə bağlı qərar qəbul edilmişdir. 5 nəfər isə ehtiyat kadrlar siyahısına əlavə edilmişdir.

Nəticələrə dair şikayəti olan şəxslər 20-24 iyul 2023-cü il tarixlərində     apellyasiya@culture.gov.az elektron poçt ünvanı vasitəsilə Nazirliyin Apellyasiya Şurasına müraciət edə bilərlər.

Müsahibənin nəticələri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://bit.ly/43zgtPi

 

245.7 KB