Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayonu Qiyaslı UMM Mingəçevir filialı ilə birlikdə ”XX əsrin faciəsi ” adlı anım mərasimi keçirilib.

28.02.2019

26 fevral 2019-cu il tarixdə Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdam rayonu Qiyaslı UMM Mingəçevir filialı ilə birlikdə "XX əsrin faciəsi " adlı anım mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Azərbaycan xalqının bu il Xocalı soyqırımının 27-ci ildönümünü qeyd etdiyini vurğulayıb, Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat verib.Tədbir Müəllim və şagirdlərin çıxışları ilə  davam etdirilmişdir.Məktəbin müəllimləri Sadıqova Raisə və Məhərrəmova Nərgiz Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində və ölkəmizin işğal olunmuş Qarabağ torpaqlarında yüzlərlə tarixi abidənin, İslam tarixi irsinin məhv edildiyini və Azərbaycana aid tarixi abidələrin saxtalaşdırıldığını xüsusilə vurğulayaraq, bu vandalizmə qarşı birləşməyin vacibliyini diqqətə çatdırmışlar.