Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Qaradağlı kənd Mədəniyyət evində Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş, “Tovuz döyüşləri - 3 il” adlı tədbir keçirilib

12.07.2023

12 iyul 2023-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evinin və MKS-nin 5 saylı Qaradağlı kənd kitabxanasının birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş, “Tovuz döyüşləri - 3 il” adlı tədbir keçirilib. Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxışlar edilərək,  Tovuz döyüşlərinin əhəmiyyəti və ordumuzun Vətən müharibəsində qazandığı qələbə haqqında danışılıb.

Tədbirin sonunda mədəniyyət evinin dərnək üzvləri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib.

 

99.9 KB

 

110.8 KB

 

106.9 KB

 

102.2 KB

 

221.8 KB

 

131.1 KB