Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon MKS-nin Mərkəzi Kitabxanasınında“Tovuz döyüşləri − Zəfərə gedən yolun başlanğıcı” adlı tədbir təşkil edilib

11.07.2023

11 iyul 2023-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş, “Tovuz döyüşləri − Zəfərə gedən yolun başlanğıcı”  adlı  tədbir təşkil edilib.

         Əvvəlcə  Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

         Sonra  çıxışlar edilərək, ordumuzun  şanlı zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən birinin Tovuz döyüşləri olduğunu bildirilib. Tədbirdə iştirak edən Vətən müharibəsinin qaziləri  keçdikləri döyüş yollarından danışıblar.

         Sonda Mərkəzi Kitabxana əməkdaşlarının hazırladıqları, Tovuz döyüşlərinə həsr olunmuş sərgiyə baxış keçirilib.

 

319.3 KB

 

319.7 KB

 

304.4 KB

 

486.8 KB