Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un yaradılmasından 30 il keçir

12.07.2023

Bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un yaradılmasından 30 il keçir. Ümummilli lider Heydər Əliyevin təşəbbüskarlığı ilə yaradılan TÜRKSOY türk dünyasının mədəniyyətinin və mədəni irsinin təbliğində mühüm əhəmiyyət kəsb edir.

Artıq 30 ildir ki, Azərbaycan Respublikası ilə təşkilat arasında yüksək səviyyəli mədəni əməkdaşlıq əlaqələri formalaşıb və inkişaf edib. Digər türk xalqları kimi Azərbaycan xalqının zəngin mədəni irsi də təşkilatın beynəlxalq layihələrində layiqli formada təbliğ olunub. Beləliklə, ölkəmizlə TÜRKSOY arasındakı əməkdaşlıq xalqlarımızın mədəni birliyinin yaradılmasında mühüm platformaya çevrilib.

Əminik ki, TÜRKSOY-la əməkdaşlıq münasibətləri daha da inkişaf edəcək və təşkilat bundan sonra da beynəlxalq layihələrində Azərbaycanın zəngin mədəni irsini layiqincə təbliğ edəcək. 

Mədəniyyət Nazirliyi və mədəniyyət ictimaiyyəti adından TÜRKSOY-un yaradılmasının 30 illiyi münasibətilə təşkilatın baş katibi Sultan Raevi və bütün TÜRKSOY ailəsini təbrik edir, onlara işlərində müvəffəqiyyətlər, türk mədəniyyətinin təbliği yolunda uğurlar arzulayırıq!

#Azərbaycan #TÜRKSOY #türkdünyası #mədəniyyət #incəsənət

 

27 KB