Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İyulun 8-də mədəniyyət naziri Adil Kərimli və nazirliyin bir qrup əməkdaşı Azərbaycan Dövlət Pantomima Teatrında olub

08.07.2023

İyulun 8-də mədəniyyət naziri Adil Kərimli və nazirliyin bir qrup əməkdaşı Azərbaycan Dövlət Pantomima Teatrında olub.

Nümayəndə heyətinə teatrın tarixi, fəaliyyəti, yaradıcılıq nailiyyətləri, o cümlədən beynəlxalq festivallarda Azərbaycan teatr sənətini uğurla təmsil etməsi barədə məlumat verilib.

Nazir Dövlət Pantomima Teatrının binası, kollektivin yaradıcılıq şəraiti, truppası və repertuarı ilə tanış olub.

Sonra nazirliyin kollektivi teatrın repertuarından iki nümunəyə tamaşa edib.

Teatrın artistlərinin ifasında Xalq artisti Bəxtiyar Xanızadənin quruluş verdiyi “Pantomim buketi” və Bəhruz Əhmədlinin quruluşunda A.Çexovun “6 №-li palata” əsəri əsasında hazırlanan “6+1 palata” tamaşaları nümayiş olunub.

Hər iki səhnə əsəri maraqla qarşılanıb. Nazir Pantomima Teatrının kollektivinə yeni yaradıcılıq uğurları arzulayıb.

 

382.9 KB

 

234.5 KB

 

294.2 KB

 

239 KB

 

288.6 KB

 

225.5 KB

 

159.5 KB

 

390.7 KB

 

200.2 KB

 

198.8 KB

 

232.4 KB

 

220.9 KB

 

265.2 KB

 

491.8 KB

 

387.5 KB

 

445.3 KB