Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdamda “Vətən müharibəsinin Ağdam şəhidləri” adlı kitabın təqdimat mərasimi keçirilib

06.07.2023

06 iyul 2023-cü il tarixdə Ağdam Muğam Mərkəzində  bir qrup  mədəniyyət işçisinin iştirakı ilə, İlqar Boranoğlunun müəllifi olduğu “Vətən müharibəsinin Ağdam şəhidləri” adlı kitabın təqdimat mərasimi keçirilib.

 Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib. Sonra kitabda bəhs olunan döyüşçülər haqda hazırlanmış videoçarx nümayiş etdirilib.

 Daha sonra iştirakçılar tərəfindən çıxışlar edilərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğu yolunda atdığı addımlardan, ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbə və şücaətindən danışıblar.

 

 

529.8 KB

 

135 KB