27.02.2019
26.02.2019-cu il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-inin Mərkəzi kitabxanası və Əliağalı kənd Mədəniyyət evi ilə birlikdə Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Xocalını unutmadıq, unutdurmarıq” adlı anım mərasimi keçirildi. Tədbir iştirakçıları Xocalı faciəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükütla yad etdilər. Sonra tədbiri giriş sözü ilə MKS-in direktoru S. Hüseynova açaraq bildirdi ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə təcavüzkar erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqrım siyasətinin davamı və ən qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992- ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq hümanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar.Daha sonra Əliağalı kənd Mədəniyyət evinin müdiri Hicran Əhmədova, Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı Kəmalə Fərəcova, təşkilatçı Aynurə Cəfərova Xocalı faciəsi haqqında çıxış etdilər. Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirildi.