Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinə ekskursiya təşkil edilib

02.07.2023

2 iyul 2023-cü il tarixində şəhid anaları Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyini ziyarət ediblər.

Ziyarətçilərə Rahib Məmmədovun qəhrəmanlığı, keçdiyi həyat yolu,  Rahib Məmmədova və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə aid olan eksponatlar haqqında geniş məlumat verilib.

 Ziyarətçilər muzeydə saxlanılan I Qarabağ müharibəsi və  Vətən müharibəsi zamanı ermənilər tərəfindən atılmış mərmilər və silahlarla tanış olublar.

Sonda şəhid anaları muzeyin rəy kitabına öz təəssüratlarını qeyd ediblər.

 

 

54.3 KB

 

73.5 KB

 

69.5 KB

 

95.8 KB

 

123 KB