Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

#Azərbaycan #mədəniyyət #işəqəbul #müsabiqə

26.06.2023

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqə elan edir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2023-cü il 4 aprel tarixli 3-24/3-1-f-63/2023 nömrəli əmri ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları" təsdiq edilmişdir.

Qaydalara əsasən, məktəb və mərkəzlərə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Test imtahanı 16 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında (bit.ly/43YmxC2) 24 iyun 2023-cü il saat 15:00-dən 6 iyul 2023-cü il saat 17:00-dək aparılacaq.

#Azərbaycan #mədəniyyət #işəqəbul #müsabiqə

 

223 KB