Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində “Yenilməz ordum” adlı tədbir keçirilib

25.06.2023

25 iyun 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi  Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə, “26 İyun  ̶  Silahlı Qüvvələr Günü” münasibətilə “Yenilməz ordum” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra I Qarabağ müharibəsinin qaziləri və  digər iştirakçılar tərəfindən çıxışlar edilərək, Silahlı Qüvvələrin yaranması tarixindən, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində göstərdiyi xidmətlərindən və Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında 44 günlük Vətən müharibəsi zamanı ordumuzun qazandığı möhtəşəm qələbədən danışılıb.

Daha sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Sonda Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

 

 

 

 

 

 

155.8 KB

 

61.2 KB

 

107.8 KB

 

86.8 KB

 

160.4 KB

 

130.2 KB

 

81.8 KB

 

81.3 KB

 

135.7 KB

 

74.4 KB

 

75.2 KB

 

84.1 KB