Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Üçoğlan kənd Mədəniyyət evində “26 İyun ̶ Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib

24.06.2023

25 iyun 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam  rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Üçoğlan kənd Mədəniyyət evində “26 İyun  ̶  Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin  əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra  Vətən müharibəsinin qaziləri çıxış edərək, 44 gün ərzində keçdikləri döyüş yollarından danışıblar. Tədbirin digər   iştirakçıları tərəfindən edilən çıxışlarda Azərbaycan ordusunun yaranma tarixi, Ulu Öndər Heydər Əliyevlə Prezident cənab İlham Əliyevin ordumuza ayırdıqları diqqət və ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbə haqqında  danışılıb.

Tədbirin sonunda  Alıbəyli  kənd orta məktəbin şagirdləri Vətənə aid şeirlər səsləndirib, mahnılar söyləyib və rəqs ediblər.

#AğcabədiRegionalMədəniyyətİdarəsi

#AğdamrayonÜçoğlankəndMədəniyyətevi

#““26 İyun  ̶  Silahlı Qüvvələr Günü” 

 

 

 

 

 

 

83.9 KB

 

83 KB

 

90.7 KB

 

92.6 KB

 

78 KB

 

84.7 KB

 

78.7 KB

 

69.7 KB

 

78.9 KB

 

76.5 KB

 

101.2 KB

 

96 KB