Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində şəhidlərimizin əziz xatirələrinə həsr olunmuş anım tədbiri keçirilib

23.06.2023

24 iyun 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi  Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində  Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə, şəhid Dadaşov Mübariz Dadaş oğlu və şəhid Əbdülrəhmanov Famil Sabir oğlunun  xatirələrinə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra şəhidlərin ailə üzvləri və digər iştirakçılar tərəfindən çıxışlar edilərək,  Mübariz Dadaşovla Famil Əbdülrəhmanovun qəhrəmanlıqlarından danışılıb. Qeyd olunub ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur.

Mərasim iştirakçıları sonra hər iki şəhid haqqında hazırlanmış videoslaydı izləyib, şəhidlərin muzeydə saxlanılan foto və əşyalarına baxıblar.

Sonda şair Vəliyəddin Adil Ağdamlının şəhidlərin  xatirəsinə yazdığı şeirlər dinlənilib.

 

 

 

 

 

 

 

97.9 KB

 

73.4 KB

 

77.8 KB

 

116 KB

 

73.6 KB

 

88 KB

 

94.8 KB

 

76.8 KB

 

91.9 KB

 

82.9 KB

 

75.7 KB

 

69.2 KB

 

103.3 KB

 

95.7 KB

 

55.2 KB

 

159.9 KB