Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədidə “Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur” mövzusunda konfrans keçirilib

23.06.2023

23 iyun 2023-cü il tarixində "26 İyun - Silahlı Qüvvələr Günü" münasibətilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin, YAP Ağcabədi rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin və Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin  birgə təşkilatçılığı ilə YAP Ağcabədi rayon təşkilatının iclas zalında “Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur” mövzusunda konfrans keçirilib.

  Tədbir iştirakçıları əvvəlcə Umummilli Lider Heydər Əliyevin abidəsi  önünə gül dəstələri qoyaraq, onun əziz  xatirəsini ehtiramla yad ediblər.

   Sonra qonaqlar YAP Ağcabədi rayon təşkilatının inzibati binasının qarşısında  Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi  münasibətilə təşkil edilmiş səyyar sərgi ilə tanış olublar.

  Konfrans zamanı  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri  bir dəqiqəlik sükutla yad olunub.

      Daha sonra iştirakçılar çıxış edərək,  Ümummilli Liderin ordu quruculuğunun inkişafı yolunda göstərdiyi  əvəzsiz xidmətlər, Vətən müharibəsində  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən oğullarının düşmən üzərində qazandığı qələbə haqqında ətraflı   məlumat veriblər. 

Çıxışlardan  sonra  Müzəffər Azərbaycan Ordusuna həsr edilmiş  film nümayiş olunub.

 

215.9 KB

 

158.7 KB

 

201 KB

 

306.2 KB

 

183.1 KB

 

143.7 KB

 

167.8 KB

 

151.9 KB

 

148.2 KB

 

149.4 KB

 

156.9 KB

 

175.3 KB