Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində müəllim və şagirdlərinin hesabat konserti keçirilib

24.06.2023

23 iyun 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi  Ağcabədi şəhər Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin müəllim və şagirdlərinin hesabat konserti keçirilib. Konsertdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, valideynlər və muğam həvəskarları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov dövlətmizin mədəniyyət sahəsində həyata keçirdiyi islahatlardan, milli mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən, muğamlarımızın mədəni irsimizin ayrılmaz hissəsi kimi dövlətin xüsusi qayğisı ilə əhatə olunmasından, gənc istedadların üzə çıxarılması məqsədilə dövlət səviyyəsində atılan addımlardan söhbət açıb.

Hesabat konsertində mərkəzin müəllim və şagird heyəti yeddi əsas muğamın - "Rast", "Şur", "Segah", "Cahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Humayun" dəsgahlarının şöbələrindən keçidlər edərək, məharətli improvizələr ediblər. Tamaşaçıların böyük həvəslə dinlədikləri hesabat konserti sürəkli alqışlarla müşayiət olunub.

#AğcabədiRegionalMədəniyyətİdarəsi

#AğcabədişəhərÜzeyirHacıbəyli adınaQarabağMuğamMərkəzi

 

 

156.2 KB

 

124.6 KB

 

60.8 KB

 

62.9 KB

 

200.1 KB

 

118.5 KB

 

95.1 KB