Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Mədəniyyət Mərkəzində “26 İyun − Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib

23.06.2023

23 iyun 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin, Quzanlı qəsəbə Mədəniyyət evinin və MKS-nin 29 saylı II Quzanlı qəsəbə kitabxanasının birgə təşkilatçılığı ilə, “26 İyun − Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ağdam rayon Qasımbəyli qəsəbə tam orta məktəbinin, Hafiz Əskərov adına Quzanlı qəsəbə tam orta məktəbinin  və 148 saylı köçkün tam orta məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar söylənilib, rəqslər nümayiş etdirilib.

Tədbirin sonunda Silahlı Qüvvələr Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

#AğcabədiRegionalMədəniyyətİdarəsi

#AğdamrayonMədəniyyətMərkəzi

#26İyunSilahlıQüvvələrgünü

 

 

 

 

 

446.5 KB

 

189.9 KB

 

1.4 MB

 

198.2 KB

 

275.6 KB

 

1.4 MB

 

1.3 MB

 

203.4 KB

 

241.1 KB

 

374.2 KB

 

182.5 KB

 

197.9 KB