Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Şıxlar kənd Mədəniyyət evində “26 İyun − Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib

23.06.2023

23 iyun 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət  göstərən Şıxlar kənd Mədəniyyət evi, Orta Qərvənd kənd klubu və 21 saylı Orta Qərvənd kənd kitabxanasının birgə təşkilatçılığı ilə, “26 İyun − Silahlı Qüvvələr Günü” münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Vətən müharibəsinin qaziləri  çıxış edərək, 44 gün ərzində keçdikləri döyüş yolundan danışıblar.

Tədbirin sonunda mədəniyyət evinin dərnək üzvləri tərəfindən Vətənə aid şeirlər səsləndirilib, mahnılar söylənilib.

#AğcabədiRegionalMədəniyyətİdarəsi

#AğdamrayonMədəniyyətMərkəzi

#26İyunSilahlıQüvvələrgünü

 

76.9 KB

 

91.7 KB

 

66 KB

 

114.8 KB

 

74.6 KB

 

81.4 KB

 

101.8 KB