Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Muğam aləmi” (“Space of Mugam”) 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ağcabədi şəhərində muğam konserti keçirilib

20.06.2023

“Muğam aləmi” (“Space of Mugam”) 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ağcabədi şəhərində muğam konserti keçirilib

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının açılışı iyunun 18-də Heydər Əliyev Sarayında olub. İyunun 25-dək davam edəcək festival çərçivəsində Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında, həmçinin iyunun 23-də Şuşanın tarixi məkanlarında müxtəlif tədbirlər - müsabiqə, mühazirə və təqdimatlar, konsertlər, sərgi və simpoziumların təşkil ediləcək. Festivalın sonuncu günündə 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən canlı muğam marafonu olacaq.

“Muğam aləmi” Festivalında 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini və Qran-Pri mükafatçısını beynəlxalq münsiflər heyəti qiymətləndirəcək və iyunun 25-dəki son konsertdə qaliblərin mükafatlandırılması olacaq.

20 iyun tarixində Ağcabədi şəhərindəki Ü.Hacıbəyli adına Muğam Mərkəzində təşkil olunun konsertdə taninmış muğam ifaçılarından İlkin Əhmədov, Səbuhi İbayev, Günay İmamverdiyeva, Sərxan Bünyatzadə, Nisbət Sədrayeva, Babək Şuşalı və Vəfa Orucova tamaşaçılarla görüşüblər.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən beynəlxalq muğam festivalları təşkil olunur. Layihə muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

 

 

255.6 KB

 

226.2 KB

 

243.6 KB

 

211.9 KB

 

241.6 KB

 

241.9 KB

 

313.6 KB