19.06.2023
20 iyun 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə, şəhid Vəliyev Elmdar Əli oğlunun əziz xatirəsinə həsr edilmiş "Qəhrəmanlar unudulmur" adlı anım tədbiri keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daha sonra şəhidin qardaşları, yaxınları və digər iştirakçılar tərəfindən edilən çıxışlarda şəhid Elmdar Vəliyevin döyüş yolundan danışılıb, döyüş zamanı göstərdiyi qəhrəmanlıqlar haqqında məlumat verilib.
Tədbirin sonunda muzey tərəfindən hazırlanmış, şəhidin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.