Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Qaradağlı kənd Mədəniyyət evində “Milli Qurtuluş - 30 il” adlı tədbir keçirilib

14.06.2023

14 iyun 2023-cü il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evinin və MKS-nin 5 saylı Qaradağlı kənd kitabxanasının birgə təşkilatçılığı ilə, “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə “Milli Qurtuluş - 30 il” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirin bədii hissəsi başlayıb. Bədii hissədə Ağdam rayon Qaradağlı kənd tam orta məktəbinin və Ağdam rayon yeddiillik uşaq musiqi məktəbinin şagirdləri tərəfindən mahnılar oxunub, şeirlər söylənilib və rəqslər nümayiş etdirilib.

Sonda YAP Ağdam rayon təşkilatının sədri Mənsur Quliyev tərəfindən Qaradağlı kənd Mədəniyyət evinin müdiri Zənurə Mirzəyevaya fəxri fərman təqdim edilib.

 

97.9 KB

 

84.3 KB

 

89.9 KB

 

72.2 KB

 

63.6 KB

 

87.1 KB

 

85 KB

 

88.3 KB

 

63.3 KB

 

59.8 KB