Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Mədəniyyət Mərkəzində “İnsan hüquqları” mövzusunda görüş keçirilib

13.06.2023

13 iyun 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM)  birgə təşkilatçılığı ilə, “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları” mövzusunda maarifləndirici görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iştirakçılar çıxış edərək, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi,  o cümlədən qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlər barəsində məlumat veriblər.

Görüşdə mövzu ilə əlaqəli sosial videoçarxlar nümayiş etdirilib, maarifləndirmə materialları  paylanılıb.

#İnsanHüquqlarıAylığı#

#AğcabədiRegionalMədəniyyətİdarəsi#

#AğdamrayonMədəniyyətMərkəzi#

 

167.5 KB

 

580.3 KB

 

521.4 KB

 

160.8 KB

 

161.9 KB