Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib

09.06.2023

09 iyun 2023-cü il tarixində Ağcabədi şəhər uşaq musiqi məktəbinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin, şəhər bağçalarının,YAP Ağcabədi rayon təşkilatının, Ağcabədi Rəsm Qalareyasının və Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivlərinin iştirakı ilə “Qurtuluş tariximiz” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra iştirakçılar tərəfindən çıxışlar edilərək bildirilib ki, iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

Daha sonra tədbirin bədii hissəsi başlanıb. Ağcabədi şəhər uşaq musiqi məktəbinin şagirdlərinin ifasında Elşad Baratın “Onu zaman seçib” adlı şeir kompozisiyası səsləndirilib.

Sonda Heydər Əliyevin anadan olmasının 100 iliyi ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan deyəndə Səni düşünürük biz” adlı inşa müsabiqəsinin qalibləri  Mərkəzin diplomları ilə  təltif olunublar. Tədbir iştirakçıları həmçinin “Qurtuluşdan başlayan tərəqqi” adlı sərgi ilə yaxından tanış ediliblər.

 

 

 

 

 

 

 

 

 

 

 

460.1 KB

 

461.4 KB

 

476.5 KB

 

531.9 KB

 

435.9 KB

 

483.7 KB

 

474 KB

 

398.6 KB

 

206.2 KB