Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın rayon Şəlvə kənd uşaq musiqi məktəbində ”Heydər Əliyev ili” və ”İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

12.06.2023

12 iyun 2023 cü il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Şəlvə kənd uşaq musiqi məktəbində "Heydər Əliyev ili" və  "İnsan Hüquqları aylığı" çərçivəsində tədbir keçirilib.

Tədbir zamanı insan hüquqları haqqında ətraflı məlumat verilib, insan hüquqlarının ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslandığı bildirilib. Qeyd olunub ki, bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar müstəqil Azərbaycan Rеspublikаsının ictimai-siyasi həyatında da özünə möhkəm yer tapmışdır.

#AğcabədiRMİ

#LaçınRayonŞəlvəkəndUşaqmusiqiməktəbi

#HeydərƏliyevİli

#İnsanHüquqlarıAylığı

 

 

50.3 KB

 

45.7 KB