12.06.2023
12 iyun 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin 43-saylı Baş Qərvənd kitabxanasının, Yusifcanlı kənd Mədəniyyət evinin və Qasımbəyli qəsəbə tam orta məktəbinin birgə təşkilatçılığı ilə, 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar "Qurtuluşun mübarək, Azərbaycan" adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra iştirakçılar çıxış edərək, Heydər Əliyevin Azərbaycana qayıtması və Azərbaycan xalqının çətin anlarında xalqın yanında olması haqqında danışıblar.
Sonra məktəblilər tərəfindən mahnılar və şeirlər söylənilib.