Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacıbədəlli kəndində Xocalı soyqırımının 27 ci il dönümü ilə əlaqədar olaraq anım tədbiri keçirildi

25.02.2019

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayonunu əhatə edən Hacıbədəlli kənd uşaq musiqi məktəbi 25 fevral 2019-cu il tarixində  Hacıbədəlli kəndində Xocalı soyqırımının 27 ci il  dönümü ilə əlaqədar olaraq anım tədbiri keçirildi.  Tədbirdə məktəbin müəllim və şagirdl kollektivi iştirak etdi.İlk öncə məktəbdə xocalı ilə bağlı çıxışlar və şerlər söylənildi. Tədbir məktəb kollektivinin  Hacıbədəlli kənd şəhidlər xiyabanını ziyarəti ilə başa çatdı.Məktəbin şagirdləri şəhidlər xiyabanında da xocalı faciəsini əks etdirən şerlər söylədi və məktəb kollektivi məzarlara qərənfillər düzüb şəhidlərin ruhunu yad etdilər.