Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayonunda “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib

05.06.2023

 Ağcabədi şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib.

Ağcabədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı, GTM Qarabağ ofisi, Güvən Xeyriyyə İctimai Birliyi  və OBA Marketin birgə təşkilatçılığı ilə keçirilən tədbirə giriş sərbəst olub. Festivalda eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar, şəhid ailələrinin övladları da iştirak ediblər.

Festivalda balacaların istirahət etməsi ilə yanaşı, həm də öz istedadlarını nümayiş etdirmək imkanı yaradılıb. “GTM” Qarabağ ofisi nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin (Ağcabədi Gəncləri) könüllüləri tərəfindən uşaqlara müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunub.

Eyni zamanda festival müddətində park ərazisində #AğcabədiRegionalMədəniyyətİdarəsi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsi, Ağcabədi rayonu üzrə Təhsil sektoru, Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və digər qurumların dəstəyi ilə uşaqlar üçün  idman, rəsm, rəqs, şahmat kimi müxtəlif yaradıcılıq guşələri və digər əyləncələr təşkil olunub. 

#AgcabədiRMİ #AğcabədiRayonİcraHakimiyyəti

#AgcabədiRayonHeydərƏliyevMərkəzi

#AgcabədiRayonGənclərİdmanİdarəsi 

#UşaqYaradıcılıqFestivalı #Festival #Ağcabədi

 

255.4 KB

 

298.7 KB

 

223.3 KB

 

152.9 KB

 

236.6 KB

 

244 KB