Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyində Xocalı Soyqırımının 27-ci il dönümünə aid ,,Əsrin Faciəsi” adlı tədbir keçirilmişdir.

23.02.2019

Bu gün Rahib Məmmədov adına  Döyüş Şöhrəti muzeyində Ağdam rayon Tarix-Diyarşünaslıq muzeyi ilə birlikdə Xocalı Soyqırımının 27-ci il dönümünə aid ,,Əsrin Faciəsi" adlı tədbir keçirilmişdir.   Tədbirdə Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbin müəllim və şagird kollektivi və ,,Öncə Vətəndir" qəzetinin təsisçi və redaktoru Ərəstun  Tanrıverdiyev iştirak etmişdir. Muzeyin direktoru Sahib Məmmədov çıxış edərək faciə haqqında ətraflı məlumat vermişdir. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Həmçinin şagirdlərin ifasında şeirlər səsləndirilmişdir və faciəni əks etdirən səhnəcik nümayiş etdirilmişdir. Sonda bəzi şagirdlərə fəxri fərmanlar verilmişdir.