Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Çəmənli kənd Mədəniyyət evində “Müstəqilliyimiz daimi və əbədidir” adlı tədbir keçirilib

26.05.2023

26 may 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kərim Rzayev adına Çəmənli kənd Mədəniyyət evində Mədəniyyət evinin və MKS-nin 3 və 16 saylı Şükürağalı kənd kitabxanalarının təşkilatçılığı ilə, “28 May − Müstəqillik Günü” münasibətilə “Müstəqilliyimiz daimi və əbədidir” adlı tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra iştirakçılar çıxış edərək, müstəqilliyimizin yaranması haqqında ətraflı məlumat veriblər.Tədbirin sonunda mədəniyyət evində fəaliyyət göstərən dərnək üzvlərinin və şagirdlərin ifasında şeirlər və musiqilər səsləndirilib.

 

 

133.5 KB

 

105.2 KB

 

120.4 KB

 

140.5 KB

 

148.5 KB

 

118.9 KB

 

130.4 KB