Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Yusifcanlı kənd Mədəniyyət evinində “Müstəqil Azərbaycanım” adlı bayram tədbiri keçirilib

26.05.2023

26 may 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Yusifcanlı kənd Mədəniyyət evinin, MKS-nin 43 saylı  Baş Qərvənd kitabxanasının  və Qasımbəyli qəsəbə tam orta məktəbinin birgə təşkilatçılığı ilə “28 May − Müstəqillik Günü”nə həsr olunmuş,  “Müstəqil Azərbaycanım” adlı bayram tədbiri keçirilib.

Əvvəlcə Azərbaycan  Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin  ərazi bütövlüyü  uğrunda  canlarından keçən şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxışlar edilərək, 28 May - Müstəqillik Günü haqqında ətraflı məlumat verilib . Bədii hissədə  Azərbaycan haqqında mahnılar oxunub, şeirlər söylənilib və rəqslər nümayiş etdirilib.

#AğcabədiRegionalMədəniyyətİdarəsi# Ağdam rayon  Mədəniyyət Mərkəzinin, #Yusifcanlıkəndmədəniyyətevi#

 

 

 

 

151.1 KB

 

211.9 KB

 

135.3 KB

 

139.7 KB

 

139.1 KB

 

114.9 KB

 

146.5 KB

 

114.7 KB

 

190.9 KB